Xəzərdə boğularaq ölən şəxsin kimliyi bilindi


Dekabrın 13-ü Xəzər dənizinin Xaçmaz sahillərində baş vermiş faciəvi hadisənin təfərrüatları məlum olub.


Hadisə rayonun İstisu kənd sakini olan şəxslərin taxta qayıqla dənizə balıq tutmağa getdiyi vaxt baş verib. Belə ki, dənizin bir neçə kilometr dərinliyinə getdikdən sonra dalğaların təsiri ilə Sultanov Yusif Dadaş oğluna məxsus taxta qayıq parçalanıb. Nəticədə Y.Sultanov boğularaq ölüb, digər şəxslər isə xilas olmağı bacarıb.

Baş vermiş hadisə ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu