Güclü külək paytaxtda ağacları aşırdı - VİDEO


Güclü külək səbəbindən paytaxtda bir neçə ağac aşıb.


AFN "oxu.az"a istinadən xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsi 53/57 ünvanında və “Nizami” metro stansiyasının qarşısında irigövdəli ağac aşıb. Küçədə quraşdırılmış təhlükəsizlik kamerası zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, gecə saatlarından bu dəqiqəyə qədər üç ağac sınıb, dördünün isə budaqları qırılıb. Birlik əməkdaşları tərəfindən aidiyyəti üzrə tədbirlər görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu