Güclü külək qaz təsərrüfatında qəzalara səbəb olub




Dünəndən bəri müşahidə olunan güclü külək ölkənin qaz təsərrüfatında qəzalara səbəb olub.



AFN-ə “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır. Əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb. Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 mm olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb.

Gecə 03:30 radələrində "Mercedes" markalı avtomobilin törətdəiyi qəza nəticəsində Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 mm olan daşıyıcı qaz kəməri zədələnib və kəmər bir yerdən qırılıb. Nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu