Keniyada avtobus körpüdən aşıb, 24 nəfər ölüb


Keniyada avtobusun körpüdən aşması nəticəsində azı 24 nəfər ölüb.



“Report” xəbər verir ki, məlumatı “Yerusalem post” yayəb.

Bildirilib ki, hadisə avtomobilin Merudan Mombas liman şəhərinə hərəkət etdiyi zaman baş verib.

Qeyd olunub ki, avtobus Niti körpüsündə 40 metr hündürlükdən dərəyə aşıb.

Keniya Milli Statistika Bürosunun məlumatına görə, 2021-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində 4 579 nəfər ölüb. Qeyd olunub ki, bu, 2020-ci illə müqayisədə 15 faiz çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu