Ukrayna Prezidenti Ofisi: Rusiyanın ümumqoşun ordusunun yarısı məhv edilib
Rusiya Federasiyasının tammiqyaslı hücumu başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələri düşmənin beş ümumqoşun ordusunu məhv edib.
AFN “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksiy Arestoviç bildirib.
Onun sözlərinə görə, Ukrayna əsgərləri düşmənin 1 730 tankını və 3 950 zirehli texnikasını məhv edib. Bunlar müvafiq olaraq təxminən 54 və 124 batalyon komplektləridir.
"İndi məlum olur ki, biz Ukraynada 35 motoatıcı alayı və 10 tank alayını tamamilə məhv etmişik. Bu, 10 motoatıcı diviziyası və ya 5 birləşmiş silahlı ordudur. Rusiya Federasiyasında mövcud olan 10 birləşmiş silahlı ordudan beşi burada dəfn edilib", - Arestoviç bildirib.