Bakı-Qazax yolunda qəza: Yük maşını aşdı - Qarpız-yemiş ətrafa dağıldı - VİDEO


Bakı-Qazax yolunda qəza baş verib.



AFN xəbər verir ki, "Ford" markalı, qarpız və yemişlə yüklənmiş nəqliyyat vasitəsi magistralın Hacıqabuldan keçən hissəsində aşıb.

Bundan sonra yük avtomobilində olan bostan məhsulları ətrafa dağılıb. Nəqliyyat vasitəsinin aşması nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. O, sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

Qəza yerinə toplaşan vətəndaşlar ona kömək ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu