Xalasının müəllim yanına apardığı 13 yaşlı qız İTKİN DÜŞDÜ


Sumqayıtda 13 yaşlı qız ötən gün itkin düşüb.



AFN xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Məryəm İsmayılova dünən saat 11 radələrində yoxa çıxıb. Onun üzərində ağ və qırmızı damalı köynək, qara şalvar, ağ rəngdə krosovka olub.

Ailənin dediyinə görə, həmin vaxt xalası onu hazırlığa aparıb, daha sonra isə Məryəmdən xəbər ala bilməyiblər:

“Gecəyə kimi axtarmışıq. Polis əməkdaşları da axtarırlar. Xalası onu müəllim yanına hazırlığa apardı, “Hiper” marketin yanında yolu keçirdi. Xalasının getdiyini görən Məryəm yolunu dəyişib və müəllim yanına getməyib. Sonuncu dəfə onu “Bravo” marketin yanından Heydər Əliyev parkına keçən zaman görüblər”.

Məryəmin dayısı Rəşad Mahmudov Oxu.Az-a açıqlamasında onun 13-cü mikrorayon ərazisində itkin düşdüyünü deyib:

“Hələ tapılmayıb. Polislər indi kamera axtarışındadırlar”.

Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Bölməsindən isə Oxu.Az-a bildirilib ki, dünən məlumat əldə edilən saatdan axtarışa başlasalar da, hələ ki nəticə əldə edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu