Dövlət Komitəsi “Peşə öyrən, işsiz qalma” layihəsi çərçivəsində fəaliyyətlər həyata keçirir


Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi DMA ilə birgə “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan layihə həyata keçirir.


Layihə çərçivəsində, əmək bazarının tələblərinə uyğun peşələr tədris olunur və müxtəlif idarə və təşkilatlarda iş ilə təmin edilmələrinə dəstək göstərilir. Layihəyə müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunması məqsədilə baza təlimlərinə cəlb olunurlar. Daha sonra hər peşəyə uyğun kurs müddətində benefisiarlara müvafiq sahə üzrə biliklər tədris olunur. Layihə çərçivəsində iştirakçılara cəmiyyətə inteqrasiya olunmaları üçün sosial adaptasiya mövzusunda qısa müddətli təlimlərin də keçirilir. Layihə müddətində benefesiarlara minimum əmək haqqı miqdarında təqaüdlərin verilməsi həyata keçirilir. Yanvar – iyun ayları ərzində 1931 məcburi köçkün siyahılaşdırılaraq layihəyə cəlb olunmaq üçün Dövlət Məşğulluq Agentliyinə təqdim olunmuşdur. Onlardan 57 nəfər layihəyə cəlb olunub və peşə təlimlərini başa vurub, 724 nəfərlə peşə yönümünə dair məsləhət xidməti aparılıb, 1150 nəfərinə peşə yönümünə dair məsləhət xidməti göstəriləcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu