Almaniya XİN başçısı sabah Türkiyəyə səfər edəcək
Almaniyanın xarici işlər naziri Annalena Beerbok sabah, iyulun 29-da Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
O, həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Görüşdə ikitərəfli və regional məsələlər, o cümlədən Ukraynadakı müharibə müzakirə olunacaq.