Ukraynada azərbaycanlı iş adamı qətlə yetirildi - FOTO
Ukraynada gənc azərbaycanlı iş adamı qətlə yetirilib.
AFN "qafqazinfo"-ya istinadla xəbər verir ki, 33 yaşlı Seymur Qəniyev bıçaqlanaraq öldürülüb.
Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən qətlə yetirilməsi hələlik məlum deyil.
Qeyd edək ki, Seymur Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan “Bığ” restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.