Ölən filial müdiri ilə bağlı məşhur mağaza şəbəkəsindən AÇIQLAMA - YENİLƏNİB
“Ölən şəxs bizim filial müdiri deyil, yalan məlumatdır”.
AFN xəbər verir ki, bunu Oxu.Az-a “Kiğılı” geyim mağazasından bildiriblər.
“Binada belə hadisə baş verib və burada bir neçə mağaza var. Yəni hadisənin “Kiğılı” ilə əlaqəsi yoxdur. Şəxsin isə hansı müəssisədə işlədiyini bilmirik”, - deyə məlumatda qeyd olunub.
***09:08
Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb.
AFN Report-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, iyulun 24-də "Kiğılı" geyim mağazasının Elmlər filialının müdiri 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.