Bakıya qonaq gələn yeniyetmə itkin düşdü


Bakıda 15 yaşlı qız itkin düşüb.



AFN Report-a istinadla xəbər verir ki, hadisə avqustun 3-də Yasamal rayonu, Ü.Əkbərov küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Məmmədzadə Ayan Aqşin qızı qonaq gəldikləri evdən gizli şəkildə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu