Sənan Aşırov Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub - FOTO
Bakı Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya şöbəsinin müdiri Sənan Aşırov Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. Nazirlik adından Fəxri Fərmanı Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov təqdim edib.
Vətən müharibəsi zamanı və sonrası Sənan Aşirov 100-dən artıq qazinin sağlamlığına qovuşmasına yardımçı olub. Sənan Aşırov Azərbaycanın tanınmış və peşəkar ortoped- travmatoloq cərrahlarından biridir. Mürəkkəb, qeyri-adi və riskli əməliyyatları ilə seçilir.
O, 2006-2008-ci illərdə Sankt-Peterburqda Kliniki Ordinatura Travmatologiya və Ortopediya ixtisası üzrə təhsil almışdır.2010-cu ildən Türkiyənin Florence Nighingale xəstəxanasında xüsusi kurs keçib. 30-dan çox beynəlxalq konfrans və təcrübə proqramlarının iştirakçısı olub.
Sənan Aşirov ətraf travmaları (Sümük sınıqlar,ətrafların tam və natamam qopması), İdman travmaları ( vətər, bağ qopmaları və s. ), Anadangəlmə əyripəncəlik, yastıpəncəlik, Bud- çanaq və diz oynağının birincili və revizion endoprotezləşdirilməsi, Diz oynağının artroskopiyası ( qopmuş ön çarpaz bağın bərpası, menisk yırtıqları, qığırdaq plastikası, diz qapağının stabilizasiyası və s. ), Çiyin oynağının artroskopiyası ( subakromial dekompressiya, Bankart əməliyyatı və s. ),Aşıq - baldır oynağının artroskopiyası,Uşaqlarda aşağı ətraf deformasiyalarının cərrahi korreksiyası, Ətrafların və boyun uzadılması kimi əməliyyatları icra edir və ortopedik xəstəliklərin müalicəsini ən yeniliklərdən yararlanmaqla müalicəsini həyata keçirir.
2019-cu ildən Bakı Sağlamlıq Mərkəzindəçalışan Sənan Aşirov hazırda Mərkəzin Ortopediya və Travmatologiya şöbəsinə rəhbərlik edir.