Sərdar Cəlaloğlu dərman mafiyasına dair şok faktları açıqladı - VİDEO


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Reaksiya" internet kanalına müsahibəsində ölkədə səhiyyənin vəziyyəti, dərman biznesi ilə bağlı sensasiyalı fikirlər səsləndirib.


O, dərman firmalarını və həkimləri əlbir olaraq Azərbaycan xalqına qarşı mütəşəkkil cinayət törətməkdə ittiham edib: "Bu yaxınlarda Azərbaycanın hüquq-mühafizə orqanları 120 həkimi həbs edib. Bu həkimlər 10 il ərzində 1 milyon revmatik xəstəyə 30 milyard manat dəyərində heç bir xeyri olmayan, əskinə, zərərli dərmanlar yazıblar. Beləliklə, Azərbaycanda bu sayda revmatik xəstə müalicə olunmayıb, insanlar şikəst olub və s".

Sərdar Cəlaloğlu bildirir ki, həkimlər 10 ildə əhalinin cibindən çıxarılan 30 milyardı dərman mafiyası ilə birlikdə bölüşdürüblər: "Azərbaycan xalqının başına belə bir oyun açırlar. İndi sual edirəm: xərçəng, vərəm, şəkər və s. xəstəliklərlə ilə bağlı həkimlərin fəaliyyəti yoxlanılıbmı? Azərbaycan xalqının sağlamlığı üzərində milyardlarla pul qazanırlar. Təsəvvür edin, insan sağlamlığına zərərli olan, yaxud xəstəliklər üçün effektiv olmayan dərmanları ölkəyə gətirirlər, həkimlərin vasitəsi ilə camaata satdırırlar. Daha sonra pulları apteklərdən toplayıb paylaşdırırlar. Bu, Azərbaycan xalqına qarşı genosid kimi dəyərləndirilməlidir. 10 ildir bu cinayətkar şəbəkə fəaliyyət göstərir, bəs Səhiyyə Nazirliyi hara baxır? Bu işə nəzarət edən qurumlar necə? Yazıq insanlara ev-eşiyini, malını-mülkünü satdırıb bu dərmanları aldırıblar ki, guya sağalacaqlar. Eləcə də xərçəng, vərəm, şəkər və s. xəstəliklər üzrə də cinayətkar qruplar formalaşıb".

ADP sədri vurğulayıb ki, xəstələri məcburi cərrahiyə əməliyyatlarına cəlb etməklə də böyük pullar qazanılır: "Müayinəyə gedənlərə deyirlər ki, dərhal ürək əməliyyatı olmalısan, 10 min manat gətir. Həmin xəstə gedir Türkiyəyə, orada deyirlər, burada operativ müdaxiləyə hər hansı əsas yoxdur axı..."




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu