Sərdar Cəlaloğlu: "Tapşırıqları Əli Həsənovdan alırdım" - Sensasion açıqlama
"Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü".
AFN xəbər verir ki, bunu hurriyet.org saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
[banner_ads1]{banner_ads1}[/banner_ads1]
O uzun illər bu fəaliyyətin gizlin saxlanılmasının da səbəbini açıqlayıb:
"Bir partiya funksioneri kimi Əli Həsənovun müvafiq tapşırıq və tövsiyyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki, bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir".
Partiya sədri bu məsələləri çoxdan açıqlamaq istədiyini vurğulayıb. Sərdar Cəlaloğlu əlavə edib: "Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm".