Cümhuriyyət tarixində ilk - Erməniəsilli şəxs qubernator oldu


Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə erməniəsilli şəxs qubernator olub.



Qaynarinfo "Hürriyet”ə istinadən xəbər verir ki, Denizli bölgəsinin Babadağ vilayətinə 27 yaşlı Berk Acar rəhbərlik edəcək.

B. Acar 1995-ci ildə İstanbulda anadan olub və özəl Sahakyan Nunyan erməni orta məktəbində oxuyub. 2000-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirib. 110-cu qubernatorluq imtahanına qatılan Acar yazılı imtahanda 13 374 nəfər arasında 72-ci olub. Müsahibə üçün dəvət edilən 475 nəfər arasında uğur qazanan erməniəsilli şəxs qubernator vəzifəsinə təsdiqlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu