Kəmaləddin Heydərov generalı rəis təyin etdi


Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.


AFN.az “Unikal”a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu