Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi
![](/uploads/posts/2022-12/1670501803_269166.jpg)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib.
AFN.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Nazirin digər əmri ilə FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.