Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinə daha 20 milyon dollar ayrılıb


Rəsmi İrəvan Laçın şəhərindən yan keçən yolun Ermənistan hissəsinin tikintisinə əlavə olaraq 8,5 milyard dram (təxminən 20,7 milyon dollar) vəsait ayırıb.


Azpost.info xəbər verir ki, qərar avqustun 25-də yazılı səsvermə yolu ilə qəbul edilib.

Ermənistan Nazirlər Kabinetinin saytında dərc olunan sənədə əsasən, bu vəsaitin 5,5 milyard dramından çoxu bilavasitə tikinti işlərinə, 54 milyon dramından çoxu texniki nəzarətə, daha 33 milyonun isə nəzarətə sərf olunması nəzərdə tutulub.

Qanun layihəsi Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi və Yol İdarəsi Fondu tərəfindən hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu