Ofisdən 20 000 manatlıq inşaat materialları oğurlayan şəxslər saxlanıldı
Paytaxtda ofisdən 20 000 manatlıq oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə AFN-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir ofisdən 20 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş E.Ənnağıyev, Salyan rayon sakini əvvəllər məhkum olunmuş B.Hacıyev və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş V.Ələsgərov saxlanılıb.