Nikol Paşinyan hökumətin iclasında Brüsseldəki üçtərəfli görüşdən danışıb


“Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün bizə qətiyyət lazımdır”.



AFN xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Brüsseldə keçirilən üçtərəfli görüşü şərh edərkən deyib.

“Dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə görüşdüm. Dünən biz görüşdən sonra müzakirə olunan mövzuların və qəbul edilən qərarların qeyd olunduğu press-reliz yaydıq. Bunlar işlək qərarlardır. Aydındır ki, geniş, çətin müzakirələr aparılıb, amma qeyd etmək istəyirəm ki, bizim məqsədlərimiz çıxışlarımda da qeyd etdiyim kimi, davam edir və belə də olmalıdır. Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, mümkün həll yolları zahirdə görünmür, ardıcıl işi davam etdirməliyik, çünki bizim həm qərarımız, həm də xalqın iradəsi ondan ibarətdir ki, regionda tezliklə hərtərəfli sülh bərqərar olsun. Görüşlə bağlı başqa təfərrüatlar yoxdur, çünki razılaşdığımız hər şey qısa şəkildə təqdim olunub”, - o vurğulayıb.

Xatırladaq ki, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə substantiv işi aktivləşdirmək barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu