“Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır” - MN
“Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır”.
Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən bildirilib.
“Bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə açıqlamada qeyd olunub.