YAP-dan ayrılan jurnalist AzTV-yə getdi


Bir müddət əvvəl Yeni Azərbaycan Partiyasındakı işindən ayrılan jurnalist Elməddin Quliyev fəaliyyətini AZTV-də davam etdirəcək.



AFN xəbər verir ki, bu barədə o, Feysbuk hesabında məlumat paylaşıb:

“Artıq bu gündən doğma kollektivim Azərbaycan Televiziyasındayam. Daim yenilənən AzTV-də görülən işlərin tərkib hissəsi olmağa çalışacağam”, - deyə qeyd edib.

Xatırladaq ki, telejurnalist E. Quliyev ötən ilin mayından Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2022-ci il yanvarından İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.
O, bu ilin iyul ayında YAP-dakı vəzifəsindən ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu