Suraxanıda 11, Sabunçuda 16 yaşlı şəxs itkin düşüb


Bakıda 11 və 16 yaşlı oğlan itkin düşüb.



"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Şeydabəyov Hüseynağa İlqar oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 11 yaşlı Hacızadə Ülvi Səxavət oğunun sentyabrın 5-də evdən gedərək bir daha qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu