KTMT sərhəddəki gərginliklə bağlı Ermənistanın sorğusuna cavab verib


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini şərh edib.



AFN “Report”a istinadən xəbər verir ki, KTMT-nin şərhində qeyd olunub:

“2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan sərhədində ağır silahlar və PUA-ların istifadəsi ilə toqquşmalar olub. Nəticədə ölən və yaralananlar var.

Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış müstəsna olaraq siyasi və diplomatik üsullardan, həmçinin razılaşmalardan istifadə edilməlidir.

Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk.

Ermənistan tərəfinin Ermənistan Respublikasına yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birgə Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu