KTMT Bakı ilə İrəvan arasındakı ziddiyyətləri diplomatik yollarla həll etməyə çağırıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin diplomatik vasitələrlə həllinin lehinə çıxış edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin saytında təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunlarına dair dərc olunmuş məlumatda deyilir.
“Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub”, - KTMT-dən bildiriblər.