Zakir Həsənovla ABŞ müdafiə nazirinin müavini arasında telefon danışığı olub


Sentyabrın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalın təşəbbüsü ilə telefon danışığı olub.


Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu