Şəhid Səbuhinin qardaşının altı min manatlıq rüşvət iddiası ilə bağlı video çəkildi
Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması ilə bağlı məsələyə açıqlama verib.
Şəhid qardaşı kamera önünə keçərək, sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib:
“Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənilib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələləri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək”.
Qeyd edək ki, daha öncə məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşdırma aparıldığı bildirilmişdi. Bundan başqa, Sənan Əhmədov ötən gün Müdafiə Nazirliyinə dəvət olunmuşdu.
Şəhid qardaşının bu cür videosunun çəkilib yayılması ictimaiyyətdə geniş narazılığa və etirazlara səbəb olub.