Baş Prokurorluqdan şəhid Səbuhinin qardaşının videosu ilə bağlı açıqlama


Baş Prokurorluq şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun sosial şəbəkələrdə yayılan videosu ilə bağlı məlumat yayıb.


Prokurorluğun Mətbuat xidmətindən AFN.az-a bildirilib ki, dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır: “Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu