Tacikistan-Qırğızıstan sərhədində döyüşlər başlayıb - Ölən və yaralılar var (VİDEO)


Sentyabrın 16-na keçən gecə Qırğızıstan və Tacikistan sərhədində hərbi toqquşmalar baş verib, hər iki tərəf bir-birini atəşkəs rejimini pozmaqda ittiham edib.



AFN xəbər verir ki, Tacikistan tərəfindən bir hərbçinin həlak olmasından sonra Qırğızıstanın Eki-Taş, Çır-Dobo və Kum-Mazar bölgələri atəşə tutulub.

Həmçinin tacik hərbçiləri Batken vilayətinin Paski-Arık rayonunda yerləşən sərhəd zastavasını da atəşə tutmağa başlayıblar.

Tərəflərin bir-birini atəşə tutması nəticəsində bir tacik sərhədçisi həlak olub, daha üçü yaralanıb. Qırğızıstan tərəfdən isə 11 sərhədçi yaralanıb.

Son məlumata görə, Tacikistan hərbçiləri sərhəddəki münaqişədə “Qrad” raket sistemlərindən, tanklardan və aviasiyadan istifadə edir. Hazırda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu