Qırğızıstan və Tacikistan sərhədində zəlzələ baş verib


Qırğızıstan və Tacikistan sərhədində 5,3 bal gücündə zəlzələ baş verib.


Bu barədə Qırğızıstan Seysmologiya İnstitutu məlumat yayıb. Qurumdan verilən açıqlamada bildirilir ki, zəlzələnin mənbəyi Tacikistan ərazisində, Qırğızıstanın Kara-Teyit kəndindən 16 kilometr cənub-şərqdə və Batken şəhərindən 124 kilometr aralıda yerləşib.

“Qırğızıstanın yaşayış məntəqələrində zəlzələnin intensivliyi Qara-Teyit və Karamık kəndlərində - 4 bal, Şibee kəndində - təxminən 4 bala, Daraut-Kurqan, Jar-Başı, Kulçu kəndlərində və Yaş-Tilek - 3 bal təşkil edib”, - deyə institutdan bildirilir.

Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qırğızıstan ərazisində yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar qeydə alınmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu