Qazaxıstanın paytaxtının adı yenidən Astana oldu
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev konstitusiyaya dəyişiklik edilməsi haqqında qanun imzalayıb.
AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, qanuna görə, Qazaxıstanda prezidentlik müddəti 7 illə məhdudlaşdırılıb.
Eyni zamanda, müvafiq qanunla Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb.