Biləsuvarda piyadanın ölümü ilə bağlı cinayət işi başlanılıb


Biləsuvarda piyadanın ölümü ilə bağlı cinayət işi başlanılıb.



"Report"un Muğan bürosunun məlumatına görə, ötən gün köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Quliyev Mehdi İbrahim oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə piyada, Biləsuvar şəhər sakini, 1970-ci il təvəllüdlü Qasımov Qardaşəli Malik oğlunu vurub.

Daha sonra o, yaralını xəstəxanaya aparıb. Lakin piyadanın artıq öldüyü məlum olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu