Türkiyə Prezidenti İsrailə səfər edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.


“Report” “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə lideri ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə bildirib.

O, mümkün səfərin səfərin tarixi barədə məlumat verməyib.

Xatırladaq ki, bu həfətə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.

Qeyd edək ki, sentyabrın 19-da İrit Lilian İsrailin Türkiyəyə yeni səfiri təyin olunub. O, bu təyinatadək İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili işləyib.

Xatırladaq ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. Belə ki, Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilərə münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.

2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu