Milli parkın yanmış ərazisinə bu qədər ting əkilib, toxum səpiləcək


Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin yanğına məruz qalmış ərazisinə payız əkin mövsümündə 1000-dən çox göyrüş, ağcaqayın tingləri əkiləcək, 300 kq toxum səpiləcək.



Bu barədə AFN-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, hazırda milli parkın ərazisində yanğına məruz qalmış ağaclar götürülərək ərazidən daşınır, təmizlənmiş ərazilər isə əkinə hazır vəziyyətə gətirilir.

Xidmət rəsmisinin sözlərinə görə, payız əkin mövsümünə start verilənə qədər əməkdaşlarımız tərəfindən yanğına məruz qalmış ərazilər əkinə hazır vəziyyətə gətiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu