Şahdağ Milli Parkının yanğına məruz qalmış sahələrində bərpa tədbirləri aparılır


Şahdağ Milli Parkının Oğuz bölməsinin yanğından zərər görmüş sahələrində payız mövsümündə toxum səpilməsi məqsədilə təmizlənmə işlərinə başlanıb.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AFN.az-a bildirib ki, milli parkın ərazisi yanaraq bioloji inkişafdan qalmış, yanğın təhlükəsi yarada biləcək yıxılmış quru ağaclardan və kollardan təmizlənir.

“Yanmış ərazilər təmizləndikdən sonra payız mövsümündə milli parkdakı ağaclardan toplanmış toxumlardan istifadə olunaraq ərazidə bərpa tədbirləri aparılacaq”.

Xidmət rəsmisi qeyd edib ki, aparılan təmizləmə işləri ilə yanaşı, milli parkda mineral zolaqlar çəkilir, yanğın təhlükəsi yarandıqda texnikanın əraziyə maneəsiz, rahat daxil ola bilməsi üçün isə Fövqəladə Hallar Nazirliyi ilə birgə yanğından mühafizə yollarının açılması planı hazırlanır və yaxın zamanlarda icra olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu