FED uçot dərəcəsini artırdı, bu, Azərbaycana necə təsir edəcək? - RƏY


"FED-in uçot dərəcəsinin artırması ilə bağlı əvvəlcədən məlumat verilmişdi. Dünyada dolların bahalaşması prosesi gedirdi".


Bunu AFN.az-a açıqlamasında iqtisadçı ekspert Nazim Bəydəmirli deyib. O qeyd edib ki, 1975-ci ildən ABŞ valyutası daha çox əmtəə formasını alıb: "Bu, həm də əksər ölkələrin rezervlərinin saxlanılması üçün bir vasitədir. Eyni zamanda ABŞ valyutası dünya birjalarında beynəlxalq ticarətin aşağı-yuxarı 75 faizini əhatə edir. Hər hansı böhranın olacağını indidən proqnozlaşdırmaq çətindir və hesab edirəm ki, doğru yanaşma deyil. Sözsuz ki, müxtəlif qiymət artımlarını müşahidə etmək olar. ABŞ bununla dünyada söz sahibi olduğunu bir daha sübut edir. ABŞ bununlada ona qarşı Rusiya, Çin və digər dövlətlər tərəfindən başladılan antidollar təbliğatına son qoyacaq.
N.Bəydəmirli prosesin Azərbaycan iqtisadiyyatına təsirlərindən də danışıb. O bildirib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuş iqtisadiyyatdır: "Azərbaycan manatının kursu dünyada baş verən mühüm hadisələrdən təsirlənmir. Çünki biz təsirlənməni neftin qiymətində müşahidə edirik. Neftin qiyməti 45 dollardan yuxarı olduqda manatın kursuna bir o qədər təhlükə yoxdur. Ancaq qiymət aşağı düşsə, manatın kursuna təhlükə yaranır".

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, dünyada banklar və hökumətlər çox çətin dövrünü yaşayır: "Obrazla ifadə etsək, pis və çox pis seçimi qarşısındadırlar. Çunki infilyasiya çox yüksək zirvəsinə çatıb. Buna görə də uçot dərəcəsini artırmaq lazımdır. Kreditləri bahalaşdırraraq tələbatı azaltmaq lazımdır. Əlbəttə, bu, iqtisadi artımı zəiflədir, iş yerləri bağlanır və bundan sonrada bu halları müşahidə edəcəyik. Eyni zamanda iqtisadi aktivlik də zəifləyə bilər. FED-dən sonra digər mərkəzi banklar da faizləri artırırlar".

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu