Ermənistan KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edib
![](/uploads/posts/2022-09/1664208263_ktmt-qosun02.jpg)
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.
Qeyd edək ki, Qazaxstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb.