ABŞ Ukraynaya növbəti yardım paketi ayırır


ABŞ-ın yaxın günlərdə Ukraynaya növbəti yardım paketi ayıracağı gözlənilir.


AFN.az “Reuters”ə istinadən xəbər verir ki, budəfəki yardımının həcmi 12 mlrd. dollar olacaq.

ABŞ Konqresində bu məbləği Bayden administrasiyasının sorğusuna cavab olaraq müvəqqəti xərclər haqqında qanun layihəsinə daxil etməyə razılaşıblar.

Qeyd edək ki, bu ayın əvvəlində Co Bayden konqresdən Ukraynaya 11,7 mlrd. dollarlıq təcili hərbi və iqtisadi yardım ayırmağı xahiş etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu