Azərbaycanda baş həkim intihar etdi


Masallı rayon vərəm dispanserinin baş həkimi Mirrəhim Nəbiyev intihara cəhd edib.



AFN xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Mirrəhim Nəbiyevin dərmandan zəhərləndiyi qeyd olunur.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı Masallı rayon Polis Şöbəsinə müraciət daxil olub. Vəziyyəti ağır olduğundan o Bakıdakı tibb müəssisələrindən birinə aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu