Quba Mərkəzi Xəstəxanasında ilk
AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə xəstəxananın direktoru Əliyar Sərdarov məlumat verib.
Onun sözlərinə görə, təcili tibbi yardım maşınlarından birbaşa videomüşahidə təşkil edilib. Həmin müşahidə xəstənin daşınmasını həyata keçirən həkimə xəstəyə tibbi yardım göstərməyə, onu ən yaxın xəstəxanaya çatdırılması üçün müəyyən məsləhətlər verməyə yardım edir.
Belə ki, TTY həkimi video bağlantı ilə xəstənin durumu ilə bağlı xəstəxanaya məlumat verir və lazım olan addımlar atılır. Artıq xəstəxananın iki təcili yardım avtomobilində bu cür müşahidə şəraiti yaradılıb.
Pilot layihə kimi başlayan prosesin bütün ölkə boyu tətbiq edilməsi nəzərdə tutulur.