Bakıda avtomobil qadını vuraraq öldürüb
Bakıda avtomobil qadını vuraraq öldürüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 28-də paytaxtın Nizami rayonu, Babək prospektində qeydə alınıb.
Belə ki, İsmayılov Pərviz Şahin oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada Allahverdiyeva Mahirə Talıb qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaqı aparılır.