Abşeronda qadını avtomobil vuraraq öldürüb


Xırdalan şəhərində piyadanı maşın vuraraq öldürüb.



AFN APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

1964-cü il təvəllüdlü Əsədova Solmaz Əliqardaş qızı yolu keçərkən onu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu