Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb - FOTO


Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.



APA-nın Qarabağ bürosunun xəbərinə görə, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu