Şuşada növbəti kütləvi məzarlıq aşkarlanıb


Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.



AFN.az Trend-ə istinadən xəbər verir ki, hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.

Qeyd edək ki, bundan əvvəl isə iyun ayında Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu