Bakıda restorandan 35 min manatlıq oğurluq edilib


Restorandan 35000 manatlıq oğurluq edən şəxslər saxlanılıb.



Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35.000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu