Bakıda restorandan 9 min manatlıq oğurluq edildi




Bakıda restoranda oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə fevralın 26-da saat 17:30 radələrində paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs R.Hacıyevə məxsus restorandan 9 min manat dəyərində 5 ədəd televizor, proyektor və digər əşyalar oğurlayıb.

Daha sonra bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzi xidmətinə müraciət daxil olub.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsi, Post Patrul Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində restorandan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü R.Zeynalov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu