Gənc rejissor qəfil öldü
Rejissor və operator Namiq Kərimov 36 yaşında vəfat edib.
“Report”un şimal-qərb bürosunun məlumatına görə, o, ötən gecə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
N.Kərimov ölkənin şimal-qərb bölgəsində istedadlı rejissor və operator kimi tanınıb.
O, Zaqatala şəhər Heydər Əliyev Mərkəzinin rejissoru olub.
1986-cı il təvəllüdlü Namiq Xəlil oğlu Kərimovun 2 azyaşlı övladı var.