Puqaçova hansı ölkədə olduğunu açıqladı - FOTO


SSRİ Xalq artisti, Rusiya estradasının primadonnası Alla Puqaçova hazırda hansı ölkədə olduğunu açıqlayıb.



AFN xəbər verir ki, bu barədə o, instaqramda bildirib.

Sənətkar övladları ilə birlikdə İsrailə köçməsi barədə KİV-də yayımlanan xəbərləri təsdiqləyib: “Sevgi və dəstək üçün, doğrunu yalandan ayırmaq qabiliyyəti üçün çoxmilyonluq azarkeşlər orduma təşəkkür edirəm. Sizin üçün, sülh üçün müqəddəs torpaqda dua edirəm. Mən xoşbəxtəm!”

Qeyd edək ki, daha əvvəl Puqaçovanın İsrail vətəndaşlığı alması barədə xəbər yayılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu