Alla Puqaçova məhkəməyə verildi


Müğənni Alla Puqaçova 2021-ci ilin aprelindən Solneçnoqorskda kirayə haqqını ödəmədiyi üçün məhkəməyə verilib.


Solneçnoqorsk şəhər dairəsinin Əmlakın İdarə Edilməsi Komitəsi müğənni Alla Puqaçovaya qarşı iddia qaldırıb.

AFN.az xəbər verir ki, bu barədə RİA Novosti-yə şəhərin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd edilib ki, 2021-ci ilin aprelindən bəri sənətçi Berejki kəndindəki torpaq sahəsinin icarə haqqını ödəmir.

“7 aprel 2023-cü il tarixində Əmlakın İdarə Edilməsi Komitəsi 2021-ci ilin aprel ayından yaranmış borcun ödənilməsi üçün Moskvanın Tverskoy rayonunun 367 saylı Sülh Məhkəməsinə iddia ərizəsi göndərib”, - məlumatda deyilir.

Mətbuatın yazdığına görə, bir neçə il əvvəl Puqaçova nəvəsi Nikita Presnyakova Berejkidə daça verib. Nikita, malikanəni satışa çıxarıb. Evin dəyəri 225 milyon rubl qiymətləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu